sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İŞİD-in liderlərindən biri beynəlxalq koalisiyanın əməliyyatı zamanı öldürülüb
İŞİD terror qruplaşmasının liderlərindən biri, Suriyada təşkilatla əlaqəli qruplara rəhbərlik edən Salah Numan beynəlxalq koalisiya qüvvələrinin ölkənin şimal-qərbində keçirdiyi əməliyyat nəticəsində öldürülüb.
“Report” xəbər verir ki, bu barədə “Al-Ikhbaria” telekanalına Suriya təhlükəsizlik xidmətindəki mənbə bildirib.
Onun sözlərinə görə, "Əli" ləqəbi ilə tanınan İraq vətəndaşı Salah Numan İdlib vilayətinin şimalındakı Atma kəndində gizlənib. Koalisiya qüvvələri evə hava zərbəsi endirib və binanı mühasirəyə alıb. Ekstremist qaçmağa çalışsa da, yerindəcə güllələnib.
Əməliyyatda Suriya və İraqdan olan təhlükəsizlik qüvvələrinin iştirak etdiyi vurğulanır.
Oxşar xəbərlər
İŞİD liderlərindən biri öldürülüb
İŞİD-in liderlərindən biri öldürülüb
Suriyada İŞİD lideri və iki oğlu öldürülüb
İŞİD-in Suriya və İraqdakı lideri öldürülüb
ABŞ ordusu Suriyada 37 terrorçu məhv edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













