KİV: Zelenski ərazilərin proporsional mübadiləsini güman edir
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla danışıqlar zamanı ərazilərin mübadiləsinin mümkünlüyünü istisna etməyib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) Avropa rəsmilərinə istinadən məlumat yayıb.
Bununla yanaşı, Ukrayna lideri ölkəsinin konstitusiya baryerlərinə də işarə edib. O, əhalinin köçürülməsi zərurəti və qanuni məhdudiyyətlər səbəbindən belə planların həyata keçirilməsinin çətinliyini də vurğulayıb.
"Zelenski proporsional mübadilələri nəzərdən keçirə biləcəyini söylədi", - nəşr qeyd edib.
Xatırladaq ki, Ağ Ev daha əvvəl Tramp və Zelenski arasında Avropa liderləri ilə danışıqlara ev sahibliyi edib. Tərəflər Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı bir sıra məsələləri, o cümlədən Kiyevə təhlükəsizlik zəmanətinin verilməsini, Ukrayna və Rusiya Federasiyası liderlərinin görüşünü və digər məsələləri müzakirə ediblər.
Müzakirələrdən sonra Zelenski bildirib ki, ərazilər məsələsi yalnız Rusiya Prezidenti Vladimir Putinlə müzakirə olunacaq.
Oxşar xəbərlər
Zelenski: Tramp Ukrayna üçün təhlükəsizlik zəmanətlərini dəstəkləyir
Tramp: Putin və Zelenski dil tapa biləcəklər
Zelenski və dörd Avropa lideri Trampla İstanbul danışıqlarını müzakirə edib
KİV: ABŞ, Rusiya və Ukrayna sammiti Avropa və ya Yaxın Şərqdə baş tuta bilər
Zelenski: Trampla söhbətdə ərazi məsələləri müzakirə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













