“Air Canada” aviaşirkətinin tətili 500 minə yaxın sərnişinin planlarını pozub
Kanadanın “Air Canada” aviaşirkətinin bort bələdçiləri avqustun 16-da başladıqları tətili bazar ertəsi axşam dayandırmağı planlaşdırırlar.
“Report” xəbər verir ki, bu barədə Kanadanın “The Globe and Mail” nəşri məlumat yayıb.
"Monrealda yerləşən aviaşirkət Kanada Dövlət Qulluqçuları Həmkarlar İttifaqının (CUPE) rəhbərlərinin tətili davam etdirmək tələbinə baxmayaraq, bazar ertəsi axşam uçuşları bərpa etməyi planlaşdırdığını bildirib", - nəşr qeyd edir.
Qeyd olunub ki, həmkarlar ittifaqı tətilin davam etdirilməsinə və maaş artımının nəzərə alındığı yeni əmək müqaviləsinin bağlanmasına nail olmağa çağırır.
Nəşrin məlumatına görə, tətil 500 minə yaxın sərnişinin planlarını pozub və onlar digər aviaşirkətlərin alternativ reyslərinə biletləri baha qiymətə almağa məcbur olublar.
Oxşar xəbərlər
Finlandiyada ticarət işçilərinin tətili başlayıb
“Volkswagen”in işçiləri ixtisarlara qarşı tətil edəcəklər
Almaniyanın əksər hissəsində hava nəqliyyatı iflic vəziyyətə düşüb
“Air Canada”ya məxsus təyyarə şassinin nasazlığı səbəbindən alışıb
Hindistanda “Samsung” şirkətinin tətil edən 250-yə yaxın işçisi saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













