Koreya Respublikası və ABŞ “Ulchi Freedom Shield” təlimlərinə başlayır
Koreya Respublikası və ABŞ Silahlı Qüvvələri Koreya yarımadasının cənubunda 28 avqusta qədər davam edəcək geniş miqyaslı "Ulchi Freedom Shield" təlimlərinə başlayıblar.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Bildirilib ki, təlimlər birgə müdafiə qabiliyyətini, əməliyyat uyğunluğunu artırmaq və bütün sahələrdə real təhdidlər zamanı fəaliyyətləri məşq etmək üçün keçirilir. Manevrlərə təxminən 18 min cənubi koreyalı hərbçi cəlb ediləcək.
Pxenyanda bu cür təlimlər ənənəvi olaraq Koreya Xalq Demokratik Respublikasına (KXDR) müdaxilə məşqi adlandırılır. Koreya Respublikası və ABŞ isə təlimlərin müdafiə xarakterli olduğunda israr edir. Avqustun 11-də KXDR-in müdafiə naziri No Qvan Çxol təlimləri pisləyib və Pxenyanın özünümüdafiə hüququnu özündə saxladığını bildirib.
O da bildirilib ki, təlimlərin yarısı isti hava və bəzi poliqonların yararsız vəziyyəti səbəbindən sentyabr ayına keçirilib.
Qeyd edək ki, "Ulchi Freedom Shield" ilə yanaşı, Koreya Respublikası hökumətinin mülki müdafiə üzrə təlimləri də keçiriləcək ki, bu təlimlərə təxminən 580 min dövlət qulluqçusu cəlb ediləcək. Avqustun 20-də bütün ölkə ərazisində hava həyəcanı zamanı davranış qaydalarının təlimi baş tutacaq.
Oxşar xəbərlər
KXDR planlaşdırılan ABŞ-Cənubi Koreya birgə təlimlərini pisləyib
Cənubi Koreyada ABŞ ilə birgə genişmiqyaslı hərbi təlimlər keçiriləcək
Cənubi Koreya və ABŞ birgə hərbi təlimlərə başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Uşaqlara əxlaqsız təkliflər olunur" - Təhlükə saçan "Sugo" proqramı nədir? - VİDEO
-
Rusiya Ermənistandan bir sıra tərəvəz və giləmeyvələrin idxalını məhdudlaşdırıb
-
ABŞ və Kuba hərbi komandanlığı əməliyyat təhlükəsizliyini müzakirə ediblər
-
Azərbaycan millisinin futbolçusu Rəvan Kərimov: "Hər oyuna qələbə üçün çıxırıq"
-
May ayının son gününə olan hava proqnozu açıqlanıb
-
Sabahın hava proqnozu açıqlanıb
