sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Avstraliyada təyyarə qəzası baş verib, pilot həlak olub
Avstraliyanın şimalında kiçik həcmli təyyarə qəzaya uğrayıb, pilot həlak olub.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “NT News” qəzeti məlumat yayıb.
Məlumata görə, qəza yanvarın 12-də yerli vaxtla təxminən 10:20-də (Bakı vaxtı ilə 04:50) baş verib. Təyyarə Darvindən 60 km şimal-şərqdə yerləşən Midl-Point kəndindəki bəndə çırpılıb. Təyyarədə 63 yaşlı pilot və 29 yaşlı sərnişin olub. Sərnişin xəsarət almayıb.
Bildirilib ki, təyyarə timsahların olduğu su axarlarından birinə düşüb. Xilasedicilər əvvəlcə sağ qalmış sərnişini, daha sonra pilotun meyitini təyyarədən çıxarıblar.
Oxşar xəbərlər
Malavidə təyyarə qəzasında iki nəfər ölüb
İngiltərədə kiçikmühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
ABŞ-də təyyarə qəzaya uğrayıb, ölənlər var
Rusiyada təyyarə qəzaya uğrayıb, pilot ölüb
Braziliyada qırıcı təyyarə qəzaya uğrayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













