KİV: Tramp-Zelenski görüşündə İtaliyanın baş naziri ilə Finlandiya prezidenti də iştirak edə bilər
sizinxeber.az xəbər saytı

KİV: Tramp-Zelenski görüşündə İtaliyanın baş naziri ilə Finlandiya prezidenti də iştirak edə bilər


NATO-nun baş katibi Mark Rütte avqustun 18-də Ağ Ev rəhbəri Donald Trampla keçiriləcək danışıqlarda Vladimir Zelenskiyə dəstək olmaq üçün ABŞ-a səfər edə bilər.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Avropa liderləri Zelenskinin fevralın 28-də Oval kabinetdə Trampla fəlakətli ilk görüşünün təkrarlanmasından qorxurlar. Odur ki, Nəşrin məlumatına görə, Trampla yaxın münasibətdə olan Rütte Ukraynaya dəstək üçün avqustun 18-də Vaşinqtona gedə bilər.

“Politico” daha əvvəl bildirib ki, avropalılar Finlandiya prezidenti Aleksandr Stubbı Zelenski ilə Tramp arasında görüş üçün ABŞ-a göndərmək istəyirlər.

“İl Fatto Quotidiano” qəzeti də bildirib ki, İtaliyanın baş naziri Ciorcia Meloni ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında avqustun 18-də baş tutacaq görüş üçün Vaşinqtona gedə bilər.

Oxşar xəbərlər

“Politico”: Finlandiya Prezidenti Tramp-Zelenski görüşünə qatıla bilər
Rutte və Tusk Trampla Ukrayna üzrə danışıqlara qatılacaq
İtaliyanın Baş naziri Ağ Evdə Tramp-Zelenski görüşünə qatıla bilər
Tramp Zelenskiyə və Avropa liderlərinə zəng edib
Zelenski Trampla görüşə hazırlaşır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle