“Politico”: Finlandiya Prezidenti Tramp-Zelenski görüşünə qatıla bilər
sizinxeber.az xəbər saytı

“Politico”: Finlandiya Prezidenti Tramp-Zelenski görüşünə qatıla bilər


Finlandiya Prezidenti Aleksander Stubb avqustun 18-də Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna lideri Volodimir Zelenski ilə danışıqlara qatıla bilər.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, Avropa liderləri Zelenskinin Amerika paytaxtında Rusiya lideri Vladimir Putinin Alyaskadakı kimi "o qədər də mehriban olmayan" qəbulundan qorxurlar.

"Hazırda Zelenskinin sevimli həmsöhbətlərindən ən azı birini, Finlandiya Prezidenti Aleksander Stubbı Trampla görüşmək üçün Vaşinqtona göndərmək planları hazırlanır. İdeya Stubbın Trampla Zelenski arasında hər hansı çəkişmənin qarşısını almağa kömək etməsi və ABŞ Prezidentini gələcək danışıqlara Avropanı da cəlb etməyə inandırmasıdır", - nəşr yazır.

Bundan əvvəl Tramp bildirib ki, Zelenski ilə danışıqlar uğurlu olsa, avqustun 18-də Vaşinqtonda Putinlə yeni görüş təyin olunacaq. Ağ Evin sahibi belə bir görüşün üçtərəfli olub-olmayacağını dəqiqləşdirməyib. “Axios” portalının mənbələrinə görə, Tramp avqustun 22-də Rusiya və Ukrayna ilə ən yüksək səviyyədə üçtərəfli görüş keçirəcəyini gözləyir.

Oxşar xəbərlər

Tramp gələn həftə ABŞ-də Zelenski ilə görüşmək niyyətindədir
KİV: Avropa Tramp, Zelenski və Putinin sammiti üçün yer seçir
“Politico”: Tramp Zelenski ilə bu gün NATO sammiti çərçivəsində görüşməyi planlaşdırır
Zelenski avqustun 18-də Vaşinqtonda Trampla görüşəcək
KİV: Yaxın günlərdə Tramp-Putin-Zelenski görüşü keçirilə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle