“Politico”: Tramp Zelenski ilə bu gün NATO sammiti çərçivəsində görüşməyi planlaşdırır
sizinxeber.az xəbər saytı

“Politico”: Tramp Zelenski ilə bu gün NATO sammiti çərçivəsində görüşməyi planlaşdırır


ABŞ Prezidenti Donald Tramp iyunun 25-də Şimali Atlantika Alyansının Haaqa sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək niyyətindədir.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Amerikanın “Politico” qəzeti məlumat yayıb.

Ağ Ev nümayəndələri arasından olan mənbənin sözlərinə görə, Amerika lideri çərşənbə günü Zelenski ilə görüşməyi planlaşdırır.

“Politico” xatırladıb ki, iyunun 24-də Tramp Zelenski ilə NATO sammiti çərçivəsində görüşün mümkünlüyünü etiraf edib, lakin bunun baş tutub-tutmayacağını və ya ikitərəfli olub-olmayacağını dəqiq açıqlamayıb. ABŞ Prezidenti jurnalistlərə “Bəli, yəqin ki, onu görəcəyəm” deyib.

Vaşinqton administrasiyasının rəhbəri Zelenskiyə nə deyəcəyini soruşduqda belə cavab verib: “Mən deyəcəyəm: “Necəsən?”. "Zelenski çətin vəziyyətə düşdü, buna düşməməli idi", - ABŞ Prezidenti əlavə edib.

Oxşar xəbərlər

Zelenski G7 sammiti çərçivəsində Trampla görüşməyi planlaşdırır
Tramp gələn həftə ABŞ-də Zelenski ilə görüşmək niyyətindədir
Ağ Ev: Tramp Putin və Zelenski ilə görüşməyə hazırdır
Zelenski Trampla görüşmək niyyətindədir
Tramp Zelenski ilə telefonla danışmaq niyyətindədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər