KİV: Tramp Ukraynanın ərazi güzəştlərini müharibəni bitirmək üçün vacib hesab edir
- 16-08-2025, 20:30
- DÜNYA / Digər ölkələr
- 0
- 624
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüşdən sonra Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün ərazilərin mübadiləsi ideyasına qayıdır.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə iki yüksək rütbəli avropalı məmura istinadən "The New York Times" qəzeti yazıb.
Mənbələrin məlumatına görə, Alyaskada Putinlə görüşdən sonra Ağ Ev rəhbəri Avropa İttifaqı (Aİ) liderlərinə sülh sazişinin bağlanması üçün rus qoşunlarının nəzarətində olmayan ərazilərin Ukraynaya verilməsi planını dəstəklədiyini bildirib. Halbuki o, əvvəllər Moskvadan dərhal atəşkəs tələb edəcəyini bildirmişdi.
“ABŞ Prezidenti hesab edir ki, Ukrayna dövlət başçısı Volodimir Zelenski Donbas regionunun qalan hissəsini, hətta Rusiya qoşunları tərəfindən işğal olunmayan əraziləri belə Rusiyaya verməyə razılaşarsa, sülh sazişi tezliklə bağlana bilər”, – məqalədə bildirilir.
Vurğulanır ki, ABŞ Prezidentinin son bəyanatları onun ötən həftə avropalı müttəfiqləri ilə razılaşdığı bir çox şeyin rədd edilməsidir.
Rəsmilərin bildirdiyinə görə, Tramp bazar ertəsi planı müzakirə etmək üçün Avropa liderlərini və Zelenskini Ağ Evə dəvət edib.
Zelenski və Avropa liderləri mühüm müdafiə xətləri və mineral sərvətləri ehtiva edən işğal olunmamış torpaqların belə verilməsinə qəti şəkildə qarşı çıxıblar. Ukrayna rəsmiləri bildiriblər ki, yekun razılaşmaya Kiyevin Ukraynanın hər hansı suveren ərazisinin daimi olaraq verilməsinə razılıq daxil ola bilməz. Çünki bu, ölkənin konstitusiyasını pozacaq.
Mənbələr bildiriblər ki, Putin cavab olaraq Ukraynanın qalan hissəsində hazırkı döyüş xəttində atəşkəs təklif edib və Ukraynaya və ya heç bir Avropa ölkəsinə bir daha hücum etməyəcəyinə dair yazılı söz verib. Onlar Trampın diqqətinə çatdırıblar ki, Putin tez-tez yazılı öhdəliklərini pozub.
Ukraynanın öz ərazisi ilə bağlı qərarlar verəcəyini vurğulayan rəsmilər beynəlxalq sərhədlərin güc yolu ilə dəyişdirilməməsinin lazım olduğunu vurğulayıblar.


width="220" alt="Tramp ABŞ-Rusiya-Ukrayna üçtərəfli sammitinin təşkil edilməsini mümkün hesab edir" />
width="220" alt="Tramp: Alyaskada Putinlə konstruktiv görüş olacağını gözləyirəm - YENİLƏNİB" />
width="220" alt="Zelenski: Ukrayna Alyaskada keçiriləcək Rusiya-ABŞ sammitinin nəticələrini tanımır" />
width="220" alt="Donald Tramp Rusiya Prezidenti ilə görüşdən sonra Vaşinqtona qayıdır" />
width="220" alt="Ukrayna Prezidenti Alyaska görüşündən sonra Trampa zəng etməyi planlaşdırır" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />