Tramp ABŞ-Rusiya-Ukrayna üçtərəfli sammitinin təşkil edilməsini mümkün hesab edir
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatlar, Rusiya və Ukrayna liderlərinin iştirakı ilə üçtərəfli görüşün təşkil edilməsini mümkün hesab edir.
“Sizinxeber.az” xəbər verir ki, o, bu barədə “Truth social” şəbəkəsindəki səhifəsində yazıb.
"Ukrayna Prezidenti Volodimir Zelenski bazar ertəsi Vaşinqtona, Oval Kabinetə gələcək. Əgər hər şey uğurla keçsə, biz Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə də görüş təşkil edəcəyik. Bu, milyonlarla həyatı xilas etməyə imkan verə bilər. Bu məsələyə göstərdiyiniz diqqətə görə təşəkkür edirəm!", - o yazıb.
Tramp qeyd edib ki, onun Alyaskada Putinlə görüşü, eləcə də Zelenski və bir sıra Avropa liderləri, o cümlədən NATO-nun baş katibi Mark Rütte ilə telefon danışığı çox yaxşı keçib.
"Bütün iştirakçılar belə qənaətə gəliblər ki, Rusiya və Ukrayna arasında dəhşətli müharibəyə son qoymağın ən yaxşı yolu çox vaxt əməl olunmayan atəşkəs sazişi deyil, birbaşa müharibəni bitirəcək sülh sazişi bağlamaqdır", - o əlavə edib.
Oxşar xəbərlər
ABŞ Prezidenti Ukrayna və Rusiya liderləri ilə üçtərəfli görüşü mümkün hesab edir
KİV: ABŞ, Rusiya və Ukrayna sammiti Avropa və ya Yaxın Şərqdə baş tuta bilər
Tramp Ukrayna və Rusiya liderləri ilə danışıqlardan razı qalıb
Zelenski: Ukrayna Alyaskada keçiriləcək Rusiya-ABŞ sammitinin nəticələrini tanımır
Tramp: Ukrayna üzrə sülh sazişi atəşkəsdən daha yaxşıdır - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













