KİV: Almaniya ABŞ ilə əməkdaşlıqda Aİ-nin Ukrayna ilə bağlı koordinasiyasını təmin etmək istəyir
Alyaskada keçirilən Rusiya-ABŞ sammiti fonunda Almaniya hökuməti Vaşinqtonla tərəfdaşlığı saxlamaqla, Ukraynaya dəstək məsələsində Avropa ölkələrinin sıx koordinasiyasını təmin etmək niyyətindədir.
"Sizinxeber.az"un xəbərinə görə, bu barədə Almaniya Nazirlər Kabinetindəki mənbələrə istinadən "German Press Agency" agentliyi məlumat yayıb.
"Biz ABŞ ilə bu balansı saxlamaqda davam etmək istəyirik: bir tərəfdən biz öz əsas təhlükəsizlik maraqlarımızı qorumaq, digər tərəfdən isə bunu ABŞ ilə tərəfdaşlıq və onların oyunda qalmaları üçün etmək istəyirik", - mənbələr qeyd ediblər.
Agentlik qeyd edib ki, eyni zamanda, Berlin hesab edir ki, Ukraynanın sülh yolu ilə nizamlanması üçün ilkin şərt kimi etibarlı təhlükəsizlik təminatlarına ehtiyacı var. Kiyevin təhlükəsizlik zəmanətinə ehtiyacı olduğu faktı Avropa Komissiyası və Avropa Şurası rəhbərlərinin, Almaniya, Fransa, İtaliya, Polşa, Finlandiya və Aİ-yə daxil olmayan Böyük Britaniya liderlərinin Rusiya və ABŞ sammitindən sonra qəbul edilmiş birgə bəyanatında da bildirilir. Mənbələrin bildirdiyinə görə, bu bəyanat alman layihəsinə əsaslanır.
Oxşar xəbərlər
NYT: Avropa Kiyevin NATO-ya üzv olmaq imkanını saxlamaqda israrlıdır
Polşa, Fransa, Almaniya Gürcüstan rəsmiləri üçün vizasız gediş-gəlişi ləğv etmək niyyətindədir
Almaniya kansleri Avropa İttifaqı ölkələrini Ukraynaya yardımı gücləndirməyə çağırıb
Almaniya ABŞ olmadan Avropa qoşunlarının Ukraynaya göndərilməsini qeyri-mümkün hesab edir
Almaniya ABŞ və Ukraynaya xəbərdarlıq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













