Almaniya ABŞ olmadan Avropa qoşunlarının Ukraynaya göndərilməsini qeyri-mümkün hesab edir
Almaniya atəşkəs əldə olunacağı təqdirdə ABŞ-nin iştirakı olmadan Avropa qoşunlarının Ukraynaya göndərilməsini mümkün hesab etmir.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetindəki mənbə bildirib.
“Məqsədimiz həm də müharibənin bir neçə ildən sonra yenidən təkrarlanmasının qarşısını almaqdır” deyən mənbə bunun ortaq transatlantik məqsəd olduğunu da söyləyib.
“Bu kontekstdə biz Avropa və Amerika təhlükəsizliyinin ayrıldığı ssenarilərdə iştirak etməyəcəyik, məsələn, Avropa əsgərləri ABŞ-nin tam iştirakı olmadan yerləşdirilərsə”, - Almaniya hökumətindən vurğulanıb.
Daha əvvəl Almaniya Kansleri Olaf Şolts Bundesver hərbçilərinin Ukraynada potensial sülhməramlı missiyada iştirakı ilə bağlı müzakirələr aparmağın hələ erkən olduğunu bildirmişdi.
Oxşar xəbərlər
Almaniya XİN: Ukraynaya hərbçilərimizin göndəriləcəyini istisna etmirik
Almaniya müdafiə naziri Ukraynaya sülhməramlılarının göndərilməsini istisna etməyib
Şolts: Ukraynaya sülhməramlı missiyanın göndərilməsinə dair müzakirə aparmaq hələ tezdir
Almaniya kansleri Avropa İttifaqı ölkələrini Ukraynaya yardımı gücləndirməyə çağırıb
Almaniya ABŞ və Ukraynaya xəbərdarlıq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













