Tramp: Zelenski və Putinlə ikinci görüş Ukrayna üzrə razılaşma üçün şans ola bilər
Ukrayna və Rusiya prezidentlərinin iştirakı ilə keçiriləcək ikinci görüş münaqişənin həlli üzrə sövdələşmənin bağlanması üçün şans ola bilər.
“Sizinxeber.az” dünya mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News” radiostansiyasının efirində deyib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinlə gözlənilən danışıqlar Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə mümkün ikinci görüşə hazırlıq olacaq.
Tramp vurğulayıb ki, ikinci görüşdə Ukraynadakı münaqişənin həllinə dair sazişin bağlanması müzakirə olunacaq.
O, həmçinin Rusiya liderinin sövdələşməyə razı olacağı fikrini və sanksiyalar təhlükəsinin, güman ki, Moskvanı görüşə razılıq verməyə təhrik etdiyini bildirib.
Tramp həmçinin əlavə edib ki, o, artıq Putin və Zelenskinin iştirakı ilə ikinci görüş üçün üç mümkün yeri nəzərdən keçirir.
Oxşar xəbərlər
Tramp Zelenskinin Ukrayna danışıqlarında iştirak edəcəyini bildirib
Trampın müşaviri: “Putinlə görüşə hazırlıq gedir”
KİV: ABŞ, Rusiya və Ukrayna sammiti Avropa və ya Yaxın Şərqdə baş tuta bilər
Tramp: Alyaskada Putinlə konstruktiv görüş olacağını gözləyirəm - YENİLƏNİB
Tramp gələn həftə ABŞ-də Zelenski ilə görüşmək niyyətindədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













