Ukraynada ötən ay müharibədə mülki şəxslər arasında ölənlərin sayı maksimuma çatıb
sizinxeber.az xəbər saytı

Ukraynada ötən ay müharibədə mülki şəxslər arasında ölənlərin sayı maksimuma çatıb


Bu ilin iyul ayında Rusiya hərbçilərinin keçirdikləri əməliyyatlar nəticəsində Ukraynada mülki şəxslər arasında ölənlərin sayı üç illik maksimuma çatıb.

“Report” xəbər verir ki, bu barədə BMT-nin Ukraynada İnsan Hüquqları üzrə Monitorinq Missiyası məlumat yayıb.

Məlumata görə, iyul ayında Ukraynada 286 mülki şəxs həlak olub, 1 388 nəfər yaralanıb ki, bu da 2022-ci ilin may ayından bəri ən yüksək göstərici olub və 2025-ci ilin iyun ayının statistikasını üstələyib.

Monitorinq missiyası vurğulayır ki, bu ilin yanvar-iyul aylarında itkilərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 48 % artıb.

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin başlanmasından bəri monitorinq missiyası 726 uşaq da daxil olmaqla ən azı 13 883 mülki şəxsin ölümünü və 35 548 nəfərin, o cümlədən 2 234 uşağın yaralandığını sənədləşdirib.

Oxşar xəbərlər

Bu il Rusiyanın Ukraynaya hücumları nəticəsində mülki şəxslər arasında ölənlərin sayı 1,5 dəfə artıb
Es-Süveydadakı toqquşmalar nəticəsində ölənlərin sayı 940 nəfərə çatıb - YENİLƏNİB
Qəzzada ölənlərin sayı 52,3 mini ötüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər