İsraildə Şərqi Qüdsün İordan çayının Qərb sahilindən ayıran tikinti planı təsdiqlənib
İsrailin maliyyə naziri Betsalel Smotriç Şərqi Qüdsü İordan çayının Qərb sahilindən ayıracaq yaşayış məntəqəsinin tikintisi planını təsdiqləyib.
Bu barədə “Report” “Reuters” agentliyinə istinadən xəbər verir.
"Nazir bu gün Qərb sahilində mövcud yaşayış məntəqəsi ilə Qüds arasında israilli mühacirlər üçün 3401 evin tikilməsi planına həsr olunmuş mətbuat konfransı keçirəcək" - Smotriçin nümayəndəsi bildirib.
Baş nazir Binyamin Netanyahunun uzun müddətdir dondurulmuş E1 sxeminin bərpası planını dəstəkləyib-dəstəkləməyəcəyi hələ bəlli deyil.
Xatırladaq ki, İsrail bu planı ABŞ, Avropadan olan müttəfiqlər və digər dünya dövlətlərinin etirazları səbəbindən 2012-ci ildən etbarən dondurub. Onlar bu layihəni gələcəkdə fələstinlilərlə imzalanacaq istənilən sülh sazişinə təhdid hesab edirdilər.
Oxşar xəbərlər
İsrail ordusu İordan çayı sahilində əməliyyatların genişləndirildiyini açıqlayıb
İsrail Ordusu İordan çayının qərb sahilində yeni reydlər keçirib
İsrail İordan çayının qərb sahilini qismən ilhaq etməyə hazırlaşdığını açıqlayıb
İsrail Ordusu İordan çayının qərb sahilində əməliyyatları genişləndirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Uşaqlara əxlaqsız təkliflər olunur" - Təhlükə saçan "Sugo" proqramı nədir? - VİDEO
-
PSJ UEFA Çempionlar Liqasının qalibi olub
-
May ayının son gününə olan hava proqnozu açıqlanıb
-
Azərbaycan millisinin futbolçusu Rəvan Kərimov: "Hər oyuna qələbə üçün çıxırıq"
-
Oğuzda minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var - VİDEO
-
Xətai rayonunda oğurluq edən 3 nəfər saxlanılıb
