Şahbaz Şərif: Ordumuzun hərbi gücü və cəsarəti Hindistanı diz çökməyə məcbur etdi
sizinxeber.az xəbər saytı

Şahbaz Şərif: Ordumuzun hərbi gücü və cəsarəti Hindistanı diz çökməyə məcbur etdi


Ordumuzun hərbi gücü, cəsarəti və imanı düşməni diz çökməyə məcbur etdi.

"Sizinxeber.az" xəbər verir ki, bunu Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ölkənin müstəqilliyinin 78-ci ildönümü ilə bağlı yaydığı bəyanatda qeyd edib.

"Millət olaraq biz bu illər ərzində çoxsaylı çətin sınaqlarla üzləşdik, lakin bütün sahələrdə mühüm uğurlar və nailiyyətlər əldə etməyi bacardıq", - deyən baş nazir Hindistanla yaşanan gərginlik zamanı əldə olunan qələbənin milli ruh yüksəkliyindən qaynaqlandığını bildirib.

Bu ruh yüksəkliyinin Müstəqillik Gününə xüsusi önəm qatdığını vurğulayan Şahbaz Şərif: "Ordumuzun hərbi gücü, cəsarəti və imanı düşməni diz çökməyə məcbur etdi. Biz azadlığımız uğrunda canlarından keçmiş şəhidlərimizi ehtiramla yad edir, axirətdə məqamlarının uca olmasını diləyirik", - deyə qeyd edib.

Baş nazir Pakistanın regional və qlobal problemlərin dialoq və diplomatiya yolu ilə həllinə olan inancını bir daha xatırladaraq Hindistanın da bütün mübahisələrin, o cümlədən Cammu və Kəşmir məsələsinin həlli üçün eyni iradəni nümayiş etdirməli olduğunu bildirib.

Xatırladaq ki, 14 avqust Pakistanda Müstəqillik Günü kimi qeyd olunur.

Oxşar xəbərlər

Şahbaz Şərif: Biz bu qarşıdurmada qalib gəldik
Şahbaz Şərif Xamenei ilə görüşüb
Şahbaz Şərif: Pakistanın Hindistanın başlatdığı müharibə aktına cavab vermək hüququ var
Türkiyə Prezidenti və Pakistanın Baş naziri COP29-da iştirak edəcəklər
Şahbaz Şərif: Düşmən əsassız müharibə aparmağa çalışdı, lakin biz layiqli cavab verdik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər