
İsrail Qəzzada iki fələstinli səhra komandirini öldürüb

İsrail Qəzzada iki fələstinli səhra komandirini öldürüb
İsrail ordusu Qəzza zolağında Fələstinin “İslami Cihad” qruplaşmasının iki səhra komandirinin öldürüldüyünü açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Dəqiq məhvetmə əməliyyatlarından birində “İslami Cihad” terror təşkilatının “Beyt Hanun” batalyonunun komandir müavini vəzifəsini tutan terrorçu Murad Naser Musa Əbu Carad öldürülüb. Digər analoji əməliyyat zamanı isə “Qəzza-şəhər” briqadasındakı tank əleyhinə qarşı mübarizə bölməsinin komandir müavini, terrorçu Mahmud Şükrü Dərdsəvi öldürülüb”, - məlumatda deyilir.
İsrail ordusunun məlumatına görə, öldürülən silahlılar 2023-cü il oktyabrın 7-də İsrailə hücumda iştirak edib, həmçinin İsrail vətəndaşlarına və əsgərlərinə qarşı hücumlar planlaşdırıb və həyata keçiriblər.
“Bundan əlavə, əlavə məqsədyönlü əməliyyatlar zamanı raket hücumlarına, minaatan və snayper atəşinə cavabdeh olan bir neçə HƏMAS terrorçusu məhv edilib”, - İsrail tərəfindən bildirilib.