Əlcəzair Fransa ilə strateji əlaqələrdən imtina edə bilər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
avq
2025
19:30

Əlcəzair Fransa ilə strateji əlaqələrdən imtina edə bilər

08 avq, 2025
19:30
478

Əlcəzair Fransa ilə strateji əlaqələrdən imtina edə bilər

Əlcəzair və Fransa arasında gərginlik strateji münasibətlərin demək olar tamamilə pozulmasına səbəb ola bilər.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti”yə açıqlamasında Milli Xalq Assambleyasının (parlament) sədr müavini Süleyman Zərkani bildirib.

“Əlcəzair və Fransa arasında münasibətlər uzun onilliklər ərzində saxlanılan strateji əlaqələrin demək olar tam qırılmasına çevrilə bilər. Lakin belə addımlar dövlətlər arasında yalnız öz maraqları və mütləq bərabərlik əsasında normal əməkdaşlığa gətirib çıxaracaq. Eyni zamanda, bu cür yanaşma yalnız rəsmi çıxışlarda qalan tarixi əlaqələrə və müstəsna tərəfdaşlığa məhəl qoymayacaq”, - o deyib.

Onun sözlərinə görə, rəsmi Paris Əlcəzairlə bərabərhüquqlu tərəfdaşlığın lehinə seçim etməlidir, əks halda regionda strateji müttəfiqini itirəcək.

“Əlcəzair münasibətləri pozmaq istəmir, lakin eyni zamanda, artıq bunun nəticələrindən də qorxmur. İndi seçim Fransanın ixtiyarındadır: ya Paris suveren Əlcəzairlə tərəfdaşlığı qəbul edir, ya da Aralıq dənizinin cənubunda strateji müttəfiqini itirir", - Zərkani əlavə edib.

Xatırladaq ki, daha əvvəl Fransa Prezidenti Emmanuel Makron xarici işlər naziri Jan-Noel Barroya xidməti və diplomatik pasportlara malik şəxslərin Fransaya vizasız daxil olmasına imkan verən 2013-cü il müqaviləsinin rəsmi dayandırılması barədə Əlcəzairə məlumat verməyi tapşırmışdı. Ərəb ölkəsi analoji cavab verdikdə isə qarşıdurmanın yeni mərhələsinə başlanılıb.

Bizimlə əlaqə saxlayın