Əlcəzair Fransanın 12 diplomatını ölkədən çıxarır
sizinxeber.az xəbər saytı

Əlcəzair Fransanın 12 diplomatını ölkədən çıxarır


Əlcəzair hökuməti 12 fransız diplomatı ölkədən çıxarmaq qərarına gəlib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti Fransanın xarici işlər naziri Jan-Noel Barroya istinadən yazıb.

"Əlcəzair 12 əməkdaşımızdan 48 saat ərzində ölkə ərazisini tərk etməyi xahiş edib", - nazir bildirib.

Söhbət Fransanın Daxili İşlər Nazirliyi ilə əlaqəli inzibati və diplomatik işçilərdən gedir. Əlcəzair bu addımı Fransa ərazisində qanun pozuntusunda şübhəli bilinən üç Əlcəzair vətəndaşının saxlanılmasına cavab olaraq atır. Həmin şəxslər aprelin 11-də saxlanılıblar.

J.Barro Əlcəzairin bu addımının cavabsız qalmayacağını bildirib.

Oxşar xəbərlər

Əlcəzair Fransanın talan etdiyi mədəni sərvətlərin siyahısını hazırlayıb
Fransa DİN: Əlcəzair blogeri qəbul etməməklə Parisi alçaltmaq istəyir
Əlcəzair Fransadan nüvə sınaqlarının fəsadlarını aradan qaldırmağı tələb edir
Əlcəzair Fransa şirkətlərini buğda idxalı tenderindən kənarlaşdırıb
Əlcəzair BMT TŞ-nin təcili iclasının çağırılmasını tələb edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle