Hindistanın cənubunda leysan yağışları nəticəsində azı 12 nəfər ölüb
Hindistanın cənubundakı Andhra-Pradeş və Telanqana ştatlarında “Asna” siklonunun fəsadları nəticəsində azı 12 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə Hindistan mətbuatı rəsmilərə istinadən məlumat yayıb.
“Asna” siklonu iki gün ərzində dayanmayan güclü leysan yağışlarına səbəb olub, küçələri, evləri və avtomobilləri su basıb. İlkin məlumatlara görə, Andhra-Pradeşdə 294 kənddən 9 nəfər ölüb 600-dən çox insan xilas edilib”, - məlumatda deyilir.
Qeyd olunur ki, daşqın nəticəsində qonşu Telanqana ştatında 3 nəfər ölüb, yol hərəkəti iflic olub. Hindistan Meteorologiya İdarəsi Telangananın 11 rayonunda qırmızı təhlükə elan edib.
Yerli hakimiyyət orqanlarından verilən məlumata görə, polis, Dövlət Fəlakətlərə Qarşı Mübarizə Qüvvələri və Milli Fəlakətlərə Qarşı Mübarizə Qüvvələri xilasetmə işləri aparır.
Bildirilib ki, alçaq ərazilərin bir çox sakini təhlükəsiz ərazilərə köçürülüb. Cənub Mərkəzi Dəmiryolu güclü daşqın səbəbindən hər iki ştata bir çox reysləri ləğv edib.
Oxşar xəbərlər
Pakistanda leysan və daşqınlar nəticəsində 195 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hindistanda güclü yağışlar nəticəsində 30-dan çox insan ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nigerdə güclü daşqınlar azı 131 nəfərin ölümünə səbəb olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hindistanda qatarlar toqquşdu: ölənlər var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hindistanda torpaq sürüşməsində 93 nəfər həlak olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












