ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb - YENİLƏNİB-2 » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
iy
2025
22:30

ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb - YENİLƏNİB-2

05 iy, 2025
22:30
498

ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb - YENİLƏNİB-2

ABŞ-nin Texas ştatında güclü yağışların səbəb olduğu daşqın qurbanlarının sayı 27-yə çatıb.

“Report”un məlumatına görə, bu barədə Kerr dairəsi şerifinin ofisi xəbər verib.

Məlumata görə, ştatın mərkəzi hissəsində fəlakət zonasında təxminən 850 nəfər xilas edilib. İtkin düşənlərin axtarışı əməliyyatı davam edir.

Hazırda ölənlərin siyahısında 18 böyük və doqquz uşaq var. Yeddi nəfər, o cümlədən bir uşağın kimliyi hələ də müəyyənləşməyib. Xilasedicilər sel zonasında qalan qızlar şəhərciyindən 20 azyaşlının axtarışlarını davam etdirirlər.

07:28

ABŞ-nin Texas ştatında leysan yağışlar və Qvadalupe çayının səbəb olduğu daşqınlar nəticəsində azı 24 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən ABC telekanalı məlumat yayıb.

Ölənlər arasında uşaqlar da var. Bundan əlavə, qızlar üçün yay düşərgəsindən azı 20 nəfər itkin düşüb.

Qubernator Qreq Abbott bir neçə əyalətdə fövqəladə vəziyyət elan edib və itkin düşmüşlər siyahısında olan hər kəsin tapılması üçün axtarış-xilasetmə əməliyyatlarının fasiləsiz aparılacağını bildirib. ABŞ Sahil Mühafizəsi sakinlərin təxliyyəsinə kömək edir.

01:49

ABŞ-nin Texas ştatında güclü yağışlar və Qvadalupe çayının daşması nəticəsində baş verən daşqınlar nəticəsində azı 13 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən “The New York Times” (NYT) məlumat yayıb.

Bundan əlavə, Texasdakı yay düşərgəsindən azı 20 qız itkin düşüb. NYT-nin məlumatına görə, hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.

Bizimlə əlaqə saxlayın