Tramp: Əgər İran nüvə potensialını bərpa etməyə çalışsa, ABŞ geri qayıdacaq
ABŞ prezidenti Donald Tramp deyib ki, Tehran nüvə potensialını bərpa etməyə çalışarsa, ABŞ İranı yenidən vura bilər.
"Report"un xəbərinə görə, bu barədə o, Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
“Yaxşı, biz İranın nüvə silahı əldə etməsinin qarşısını alaraq Yaxın Şərqdə müharibələri dayandırdıq”, - Tramp qeyd edib.
"Onlar hər şeyə yenidən başlayacaqlarını söyləyə bilərlər, lakin bu, onlar üçün çox təhlükəli bir addım olardı, çünki biz geri dönəcəyik. Onlar başlayan kimi biz geri qayıdacağıq. Məncə, onlar bunu başa düşürlər", - ABŞ prezidenti yekunlaşdırıb.
Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ Silahlı Qüvvələri İranın üç nüvə obyektinə (Fordo, Natanz və İsfahanda) hücum edib. İyunun 23-ü axşam saatlarında Tehran ABŞ-ın Yaxın Şərqdəki ən böyük aviabazasına, Qətərdəki Əl Udeyd aviabazasına raket zərbəsi endirib.
Oxşar xəbərlər
Tramp: İran ABŞ-nin nüvə obyektlərinə zərbələr endirməsindən xəbərsiz olub
Putin Kremldə İranın ali liderinin baş müşavirini qəbul edib
Tramp İranın nüvə proqramının bərpa olunacağı təqdirdə onu məhv etməklə hədələyib
İranda İsrailin zərbələri nəticəsində ölənlərin sayı 1 062 nəfərə çatıb
BƏƏ İranın Qətərə hücumla Körfəz ölkələrinin etimadını sarsıtdığını bildirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
