Tramp: İran ABŞ-nin nüvə obyektlərinə zərbələr endirməsindən xəbərsiz olub
sizinxeber.az xəbər saytı

Tramp: İran ABŞ-nin nüvə obyektlərinə zərbələr endirməsindən xəbərsiz olub


İran hakimiyyəti son ana qədər ABŞ qoşunlarının Tehranın nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırdığından xəbərsiz olub.

“Report” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib.

"Biz onlara bu barədə xəbərdar etmədik, onların bundan məlumatı olmayıb", - o əlavə edib.

ABŞ lideri, həmçinin Tehranın nüvə obyektlərindən uran ehtiyatlarını əvvəlcədən çıxara bilməyəcəyinə əminliyini bir daha vurğulayıb.

Bundan əlavə, Tramp deyib ki, heç kim ABŞ-nin Fordodakı nüvə obyektinə hücum edəcəyini təsəvvür edə bilməzdi, çünki hamı onun keçilməz olduğunu deyirdi.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb, bir gün keçməmiş İran əks hücuma keçib. İyunun 23-ü axşam saatlarında Tehran ABŞ-nin Yaxın Şərqdəki ən böyük aviabazasına, Qətərdəki Əl Udeyd aviabazasına raket zərbəsi endirib. Tramp daha sonra deyib ki, İsrail və İran iyunun 24-də qüvvəyə minən atəşkəs barədə razılığa gəliblər.

Oxşar xəbərlər

CNN: ABŞ kəşfiyyatı İranın nüvə obyektlərinin məhv olunmadığını düşünür
ABŞ BMT TŞ-yə İranla saziş bağlamağa çalışdığı barədə məlumat verib
Tramp Nobel Sülh Mükafatına namizəd göstərilib
ABŞ Prezidenti İrana hücumdan sonra xalqa müraciət edib
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər