"Axios": ABŞ İranın bloklanmış səhmlərini qismən açmağa hazırdır
sizinxeber.az xəbər saytı

"Axios": ABŞ İranın bloklanmış səhmlərini qismən açmağa hazırdır


Vaşinqton administrasiyası hesab edir ki, İran BMT müfəttişlərinin nüvə obyektlərinə girişinə icazə verəcək.

"Report" "Axios"a istinadən xəbər verir ki, bunun müqabilində ABŞ Tehrana əvvəllər dondurulmuş bəzi aktivlərinə giriş verməyə hazırdır.

Məlumata görə, ABŞ İranın danışıqların birinci mərhələsindən sonra Birləşmiş Ştatlar və İsrail tərəfindən hədəf alındığı bildirilən nüvə obyektlərinə BMT müfəttişlərini dəvət etməsini istəyir.

ABŞ tərəfi bunun əvəzində İrana Qətərdəki 6 milyard dollarlıq hesab da daxil olmaqla, dondurulmuş bəzi aktivlərinə giriş verməyə hazırdır. Məlumata görə, İrana bu puldan zəruri malların alınması üçün istifadə etməyə icazə verilir.

Portalın məlumatına görə, ABŞ və İran arasında texniki məsləhətləşmələr 21 iyunda Bürgenstokda keçiriləcək. Danışıqlarda Pakistan və Qətərdən də nümayəndələr iştirak edəcək.

Oxşar xəbərlər

Axios: İran ABŞ-la müvəqqəti nüvə sazişi imzalamağı düşünür
Çin İran probleminin həllində müsbət rol oynamağa hazırdır
Baş Qərargah rəisi: İran Silahlı Qüvvələri istənilən təhdidə cavab verməyə hazırdır
"Axios": ABŞ İrana qarşı yeni hücum planı hazırlayıb
İran İsrailə xəbərdarlıq edib: Təhdidlərə cavab verməyə hazırıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər