Niderlandda qadın fırtına zamanı ağacın üstünə aşması nəticəsində ölüb
sizinxeber.az xəbər saytı

Niderlandda qadın fırtına zamanı ağacın üstünə aşması nəticəsində ölüb


Niderlandın Drente əyalətində 25 yaşlı qadın ildırım zamanı avtomobilinin üzərinə ağacın aşması nəticəsində ölüb.

"Report"un "NU.nl"ə istinadən məlumatına görə, hadisə yerli vaxtla saat 00:15 radələrində Kuvorden bələdiyyəsinin T Haantye kəndində baş verib.

Məlumata görə, ağac qadının idarə etdiyi avtomobilin üzərinə düşüb. Təcili yardım xidmətlərinin vaxtında gəlməsinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb, qadın hadisə yerində ölüb.

Qeyd olunur ki, şiddətli fırtına səbəbindən ölkə daxilində təcili yardım dispetçer xidmətləri həddindən artıq yüklənib. Qroningen və Flevoland əyalətlərində hakimiyyət orqanları sakinləri yalnız həyati təhlükəsi olan təcili yardım xidmətlərinə zəng etməyə çağıran təcili xəbərdarlıqlar yayıb.

Oxşar müraciət fəlakətlərin aradan qaldırılması işlərinin davam etdiyi Utrext əyalətinin hakimiyyət orqanları tərəfindən də edilib.

İyunun 20-ə keçən gecə ildırım və güclü yağış səbəbindən demək olar, bütün Niderlandda narıncı hava xəbərdarlığı qüvvədə olub. Ölkə daxilində ağacların aşması və ildırım vurması nəticəsində yanğınlar qeydə alınıb. Səhərə qədər fırtına cəbhəsi ölkəni əsasən tərk etsə də, isti hava səbəbindən əksər bölgələrdə sarı hava xəbərdarlığı qüvvədə qalıb.

Oxşar xəbərlər

Sumqayıtda 23 yaşlı qadın evdə doğuş edib, körpəsi ölüb
Sumqayıtda evdə doğuş zamanı körpəsi ölən 23 yaşlı qadının vəziyyəti ağırdır - YENİLƏNİB
Niderlandda hava şarının sərt enişi nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb
Hindistanda güclü fırtına nəticəsində 90-a yaxın insan ölüb
Pakistanda fırtına nəticəsində 10 nəfər ölüb, onlarla insan xəsarət alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər