KİV: BƏƏ Sudana uçuşları dayandırıb
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mülki Aviasiya Baş İdarəsi çərşənbə səhərindən etibarən iki ölkə arasında uçuşların dayandırılması ilə bağlı Sudan aviaşirkətlərini xəbərdar edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Asharq News” telekanalı məlumat yayıb.
"Sudan və BƏƏ arasında bütün uçuşlar dayandırılıb", - kanalın mənbələrindən biri bildirib. Öz növbəsində, Sudanın aviasiya hakimiyyət orqanları bu məlumatı təsdiqləyiblər.
"Asharq News" bildirib ki, bu addım çox güman, Xartum və Əbu-Dabi arasındakı gərginliklə bağlıdır. Bundan əvvəl Sudan BƏƏ-ni kolumbiyalı muzdluları Çevik Reaksiya Qüvvələrinin (RRF) tərəfində döyüşmək üçün yerləşdirməkdə ittiham edib.
BƏƏ Xarici İşlər Nazirliyi “Port Sudan administrasiyası tərəfindən irəli sürülən ittihamları” rədd edərək, onların əsassız olduğunu bildirib.
Oxşar xəbərlər
Sudan üzərində vurulmuş İl-76-nın BƏƏ şirkətinə məxsus olmadığı açıqlanıb
Sudan paytaxt Xartumu üsyançılardan tamamilə azad edib
Sudan Azərbaycandan tələbələr üçün ayrılan təqaüdlərin artırılmasını xahiş edib
BƏƏ Sudanda aclıqdan əziyyət çəkən insanlara kömək edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
