Sudan üzərində vurulmuş İl-76-nın BƏƏ şirkətinə məxsus olmadığı açıqlanıb
Sudan üzərində vurulmuş və göyərtəsində Rusiya vətəndaşlarının ola biləcəyi İl-76 təyyarəsi BƏƏ-də qeydiyyatda olmayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə BƏƏ hökumətinin nümayəndəsi vurulmuş təyyarənin BƏƏ şirkətinə məxsus olması barədə məlumatları şərh edərkən söyləyib.
“Mətbuatın əsassız məlumatlarının əksinə olaraq, aydın şəkildə bildirmək vacibdir ki, sözügedən təyyarə Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatda deyil və onunla əlaqəsi yoxdur”, – mənbə açıqlayıb.
O həmçinin vurğulayıb ki, BƏƏ Sudandakı daxili münaqişənin heç bir tərəfinə silah və hərbi texnika çatdırmır. Onun sözlərinə görə, BƏƏ-nin Sudan Çevik Reaksiya Qüvvələrinə yardımçı olması barədə məlumatlar ölkənin Sudan ordusu tərəfindən dezinformasiya kampaniyasının hədəfi olduğunu göstərir.
Xatırladaq ki, oktyabrın 21-də Sudan Çevik Reaksiya Qüvvələri (ÇRQ) ölkənin qərbində BƏƏ şirkətinə məxsus ola biləcək yük təyyarəsini vurmuşdu.
Oxşar xəbərlər
Sudan hərbi qüvvələri səhvən BƏƏ-nin yük təyyarəsini vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sudan Suveren Şurasının rəhbərinə sui-qəsd nəticəsində 5 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dənizkənarı Bulvar ərazisindən bir nəfərin meyiti sudan çıxarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sudanda ekipajı Rusiya və Qırğızıstan vətəndaşlarından ibarət olan təyyarə səhvən vurulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda su kanalında batan 26 yaşlı oğlanın meyiti sudan çıxarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












