

Sudan paytaxt Xartumu üsyançılardan tamamilə azad edib
Sudan Silahlı Qüvvələri paytaxt Xartum vilayətini Çevik Cavab Qüvvələrindən (ÇCQ) olan üsyançılardan tamamilə azad edib.
“Sizinxeber.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Sudan Silahlı Qüvvələrinin bəyanatında deyilir.
“Bu gün bəyan edirik ki, Xartum əyalətini Daqlo birləşmələrinin (ÇCQ – red.) mövcudluğundan tamamilə təmizləmişik”, - bəyanatda qeyd olunur.
Xatırladaq ki, martın sonunda Sudan Silahlı Qüvvələri ölkənin paytaxtı Xartumu ÇCQ-nin üsyançı birləşmələrindən tam azad etdiklərini və üsyançıların şəhər ətrafında olan mövqelərinə hücumu davam etdirdiklərini elan etmişdi. Üsyançılar isə aprelin birinci yarısında ölkənin cənubunda və qərbində, xüsusən də Darfur və Kordofan bölgələrində hərbi əməliyyatları gücləndirmiş, nəzarəti altında olan ərazilərdə öz hökumətlərini formalaşdırdıqlarını bəyan etmişdilər. Hər iki tərəf bir-birini dinc sakinləri öldürməkdə ittiham edir.
Qeyd edək ki, Sudanda 2023-cü il aprelin 15-dən bəri Məhəmməd Həmdan Daqlonun komandanlığı altında Çevik Cavab Qüvvələri ilə nizami ordu arasında şiddətli döyüşlər gedir. Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) xəbərdarlıq edib ki, ölkədə döyüşlərin davam etməsi xəstəliklərin yayılmasına və səhiyyə sisteminin iflasına səbəb ola bilər.
Oxşar xəbərlər
Sudanda üsyançıların hücumu nəticəsində 124 nəfər həlak olub
Sudanda 400 min insan düşərgəni tərk etmək məcburiyyətində qalıb
Sudan üzərində vurulmuş İl-76-nın BƏƏ şirkətinə məxsus olmadığı açıqlanıb
Sudan həbsxanasına dronun hücumu nəticəsində 20 nəfər ölüb, 50 nəfər yaralanıb
Sudan hərbi qüvvələri səhvən BƏƏ-nin yük təyyarəsini vurub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
18 yaşadək voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulub
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
-
Tayland turistlərə alış-verişləri kriptovalyuta ilə ödəməyə icazə verəcək
