Avropa Komissiyası: Aİ və ABŞ arasında razılaşmalar artıq qüvvədədir
Avropa İttifaqı (Aİ) və Vaşiqnton arasında siyasi razılaşmalar artıq qüvvədədir, ABŞ ötən həftə imzalanmış icra fərmanına uyğun olaraq Aİ-dən ixraca tətbiq edilən rüsum tariflərini 15 faizə qədər azaldıb.
“Report”un Avropa bürosunun məlumatına görə, bu barədə ABŞ ilə danışıqlarda iştirak edən Avropa Komissiyasının (AK) nümayəndəsi jurnalistlərə açıqlamasında bildirib.
O, AK prezidenti Ursula fon der Lyayen və ABŞ Prezidenti Donald Trampın birgə bəyanatının hazır olacağı və açıqlanacağı dəqiq tarix haqda məlumat verməyib.
“Əlbəttə, mən bu gün sizə birgə bəyanatı təqdim etmək istərdim, lakin əslində, bu bəyanatın effektiv nəticələrini nümayiş etdirə bilərik", - AK nümayəndəsi qeyd edib.
Onun sözlərinə görə, "Avropa bayram etmir, lakin rahat nəfəs ala bilib", çünki əks halda bugünkü vəziyyət və sonrakı razılaşmalar üçün şanslar daha pis olardı.
"Razılaşmanın rəsmiləşdirilməsi üzərində iş davam edir: “Mən birgə bəyanatın dərc ediləcəyi dəqiq tarixi söyləyə bilmərəm, lakin ümid edirik ki, bu, çox tezliklə baş verəcək", - AK nümayəndəsi vurğulayıb.
O, həmçinin əlavə edib ki, Avropanın avtomobil sənayesi də daxil olmaqla bəzi sektorlar üçün rüsumlar (25 faiz + 2,5 faiz) qüvvədə qalır. Lakin yaxın vaxtlarda dəyişikliklər gözlənilir", - o əlavə edib.
Oxşar xəbərlər
Ursula fon der Lyayen: Avropa Komissiyası Aİ-nin müdafiəsinin gücləndirilməsi strategiyasını təqdim edəcək
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Ursula fon der Lyayen ilə görüşəcək
Ursula fon der Lyayen: Avropa İttifaqı öz təhlükəsizliyinə investisiyaları artırmalıdır
Avropa İttifaqı ABŞ-dən LNG idxalını artırmağa hazırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











