Avropa İttifaqı ABŞ-dən LNG idxalını artırmağa hazırdır
sizinxeber.az xəbər saytı

Avropa İttifaqı ABŞ-dən LNG idxalını artırmağa hazırdır


Avropa İttifaqı (Aİ) ABŞ-dən mayeləşdirilmiş təbii qaz (LNG) idxalını artırmağa hazırdır.

“Report” xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının (AK) nümayəndəsi Anna-Kaisa İtkonen bildirib.

O, ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqına rüsumların azaldılması müqabilində Birləşmiş Ştatlardan 350 milyard dollar məbləğində LNG almaq tələbini belə şərh edib.

Nümayəndənin sözlərinə görə, Avropa İttifaqının Rusiya qazından imtina etmək səyləri fonunda ABŞ tədarükün şaxələndirilməsində mühüm rol oynayır.

"LNG-nin yarısı artıq ABŞ-dən daxil our, lakin biz idxalın artırılması üçün danışıqları davam etdirməyə hazırıq", - o qeyd edib.

Xatırladaq ki, aprelin 2-də D.Tramp 185 ölkədən daxil olan məhsullara rüsum tətbiq etdiyini elan edib. Baza rüsumu 10 %, Aİ üçün tariflər isə 20 % təşkil edib.

Oxşar xəbərlər

Avropa Komissiyasının nümayəndəsi: "Rusiya qazının idxalını tam dayandırmağa çalışırıq"
Aİ Suriyaya humanitar yardımı artırmağa hazırdır
Aİ rəsmisi: Rusiya qazından imtina etməyə hazırıq
Avropa İttifaqı ABŞ-nin təhdidlərini cavabsız qoymayacaq
Tramp Avropa İttifaqı ölkələrini hədələyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle