Braziliyanın keçmiş prezidenti ev dustaqlığına məhkum edildi
Dövlət çevrilişinə cəhddə təqsirləndirilən Braziliyanın keçmiş prezidenti Jair Bolsonaru haqqında ev dustaqlığı qərarı verilib.
"Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Ali Məhkəməsi qərar çıxarıb.
Bildirilib ki, keçmiş prezident "məhkəməyə qədər ehtiyat tədbirlərini pozduğuna görə" barəsində sözügedən hökm verilib.
Belə ki, o, sosial mediadan istifadəsini və siyasi mesajlaşmasını məhdudlaşdıran məhkəmə qərarını heçə sayıb.
Xatırladaq ki, Jair Bolsonaru 2022-ci ildə keçirilən prezident seçkilərində məğlub olmasına baxmayaraq, vəzifədə qalmaq üçün çevriliş planını təşkil etmək iddiası ilə mühakimə olunur.
ABŞ Prezidenti Donald Tramp isə Bolsonarunun mühakimə edilməsini sərt şəkildə qınayaraq Braziliya hakimiyyətini "cadugər ovu"nda günahlandırıb, hakim Aleşandre de Moraesa qarşı isə sanskiya təbiq edib.
Oxşar xəbərlər
ABŞ Bolsonaru işi ilə bağlı Braziliya Ali Məhkəməsi hakiminin vizasını ləğv edib
Braziliyanın keçmiş prezidenti dövlət çevrilişinə cəhddə ittiham olunur
Braziliyanın sabiq prezidentinə xarici rəsmilərlə ünsiyyət qadağan edilib
Braziliyanın sabiq müdafiə naziri prezidentə qarşı qəsd ittihamlarını rədd edib
Lula da Silva 2026-cı ildə Braziliyada prezident seçkilərində iştirak etməyi planlaşdırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











