Avropada 10 mindən çox otel “Booking”dən zərərin ödənilməsini tələb edir
sizinxeber.az xəbər saytı

Avropada 10 mindən çox otel “Booking”dən zərərin ödənilməsini tələb edir


Avropada 10 mindən çox otel “Booking.com” şirkətinin istifadə etdiyi "ən yaxşı qiymət şərtləri"nin səbəb olduğu zərərə görə təzminat almaq məqsədilə bu platformaya qarşı kollektiv iddiaya qoşulur.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “dpa” agentliyi bildirib.

“Booking.com” "ən yaxşı qiymət şərtləri" ilə otellərdən öz saytlarında nömrələri daha ucuz təklif etməməyi tələb edirdi.

“Bild”in məlumatına görə, “Booking” Almaniyadakı tərəfdaş otellərdən ən azı 12 faiz komissiya alır. Populyar bölgələrdə bu rəqəm daha yüksəkdir.

Məsələn, əgər turist “Booking.com”da nömrə üçün 100 avro ödəyirsə, otel yalnız təxminən 83-87 avro alır.

Otellər Avropa Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli qərarına istinad edirlər. Bu qərarda "ən yaxşı qiymət" müddəasının qanunsuz olduğu qeyd edilir.

"Avropada otel sahibləri uzun müddətdir ki, ədalətsiz şərtlərdən və izafi xərclərdən əziyyət çəkirlər. Birləşməyin və təzminat tələb etməyin vaxtı çatıb", - HOTREC mehmanxana biznes assosiasiyasının prezidenti Aleksandros Vasilikos bildirib.

Kollektiv iddianın məqsədi 2004-2024-cü illərdə dəymiş zərərə görə təzminatın ödənilməsinin təmin edilməsidir.

HOTREC və 30-dan çox milli otel assosiasiyasının dəstəklədiyi iddiaya Niderland məhkəməsində baxılacaq və bu proses “Hotel Claims Alliance” tərəfindən koordinasiya olunacaq.

Tənqidlərə baxmayaraq, “Booking.com” bir çox otellər üçün vacibdir, çünki onların daha geniş müştəri bazasına çıxış əldə etməsinə imkan verir.

Araşdırmaya görə, 2023-cü ildə “Booking Holdings” şirkətinin Avropadakı bazar payı 71 faiz olub, birbaşa rezervasiyaların payı isə son illərdə əhəmiyyətli dərəcədə azalıb.

Oxşar xəbərlər

Azərbaycan hotellərində dekabr üçün orta qiymət 25 %-ə yaxın artıb
Azərbaycan hotellərində noyabr üçün orta qiymət 4 dəfə artıb
Azərbaycandakı 5 ulduzlu hotellərdə orta qiymət 33 % artıb
Türkiyədəki otel yanğını ilə bağlı otelin sahibi həbs edilib
Azərbaycanda avqust ayında sutkalıq kirayənin orta qiyməti açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle