Azərbaycan hotellərində noyabr üçün orta qiymət 4 dəfə artıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com vasitəsilə bir gecə qalmaq üçün orta qiymət 154,7 manat təşkil edib.
“Sizinxeber.az”un Dövlət Turizm Agentliyinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24 % çoxdur.
Təkcə noyabr ayında, booking.com-da ölkə hotellərində bir gecə qalmaq üçün orta qiymət 406,2 manat olub ki, bu da bir il əvvələ nisbətən 4 dəfə çoxdur.
Müqayisə üçün, İstanbul hotellərində yanvar-noyabr aylarında orta qiymət 164,3 manat təşkil edib və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 % azdır.
Gürcüstanda isə yanvar-noyabr aylarında hotellərdə bir gecə qalmaq üçün orta qiymət 132,3 manat olub (-10,2 %).
Oxşar xəbərlər
Azərbaycandakı 5 ulduzlu hotellərdə orta qiymət 39 % artıb
Azərbaycan hotellərində orta qiymətlər İstanbula və Gürcüstana nisbətən azdır
Azərbaycandakı 5 ulduzlu hotellərdə orta qiymət 33 % artıb
Azərbaycanda 4 ulduzlu hotellərdə orta qiymət 12 %-dən çox artıb
Azərbaycanda 3 ulduzlu hotellərdə orta qiymət 26 % artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













