Rubio: ABŞ və Çin strateji sabitlik dövrünə daxil olurlar
ABŞ və Çin strateji sabitlik dövrünün astanasındadır. İki ölkə arasında tam miqyaslı ticarət qarşıdurması bütün dünyaya zərər verə bilər.
“Report” xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio “Fox Radio”ya müsahibəsində deyib.
"Biz strateji sabitlik dövrünə qədəm qoyuruq. Biz dünyanın ən böyük iki iqtisadiyyatına sahibik. Güman edirəm ki, ABŞ Çinlə tammiqyaslı ticarət münaqişəsindən müəyyən faydalana bilər, lakin dünya bundan zərər çəkəcək. Bu, dünyaya, sonra bizim iqtisadiyyatımıza, xüsusən Çin iqtisadiyyatına böyük təsir göstərəcək", - o deyib.
Eyni zamanda, Dövlət Departamentinin rəhbəri əlavə edib ki, ABŞ-nin Çinlə münasibətlərində çoxlu qıcıqlandırıcılar var və Vaşinqton buna qarşı durmalıdır.
Ağ Ev rəhbəri Donald Tramp daha əvvəl ABŞ və Çinin gələcək ikitərəfli ticarət şərtləri ilə bağlı "olduqca ədalətli" razılaşma əldə edə biləcəklərinə ümid etdiyini bildirib. İyulun 28-29-da Stokholmda Çin və ABŞ ticarət danışıqlarının üçüncü raundu yekunlaşdırıb. Bununla belə, tərəflər əlavə idxal rüsumlarının dayandırılmasının uzadılıb-uzadılmaması ilə bağlı hələ də razılaşmırlar. Çinli müzakirəçilər müddətin uzadılması ilə bağlı razılığa gəldiklərini bildiriblər. Lakin ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, bütün şərtləri əvvəlcə Tramp təsdiqləməlidir.
Oxşar xəbərlər
Marko Rubio: ABŞ NATO-da qalacaq
Trampın müşaviri: USAID-in fəaliyyəti ABŞ-nin strateji maraqlarına cavab vermir
Tramp: Pekinlə ticarət razılaşması Çini ABŞ biznesinə açacaq
Rubio: ABŞ İstanbuldakı Rusiya-Ukrayna danışıqlarına böyük ümid bəsləmir
Tramp Çinlə müqavilənin imzalandığını söylədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Prezident İlham Əliyevin doğum günüdür
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı












