Tramp Çinlə müqavilənin imzalandığını söylədi
Sizinxəbər.Az-ın məlumatına əsasən,ABŞ Prezidenti Donald Tramp cümə axşamı günü bildirib ki, ABŞ Çini ilə ticarət sazişi imzalayıb. O, bu barədə Ağ Evdə keçirilən "One Big Beautiful Bill" (Bir Böyük Gözəl Qanun Layihəsi) tədbirində çıxışı zamanı danışıb və sazişin detalları barədə məlumat verməyib. Tramp deyib: “Biz dünən Çinlə imzaladıq, elədir? Çinlə imzaladıq”. O əlavə edib: “Çin sazişində biz Çini açmağa başlayırıq. Əvvəllər heç vaxt mümkün olmayan şeylər baş verir”.
Tramp həmçinin bildirib ki, ABŞ yaxın zamanda Hindistanla da böyük bir ticarət sazişi imzalaya bilər: “Bizim çox gözəl sazişlərimiz var. Bəlkə də Hindistanla da bir sazişimiz olacaq, çox böyük bir saziş, Hindistanı açacağıq”.
O, əlavə edib ki, ABŞ tariflərdən 88 milyard dollar gəlir əldə edib və bunu “gözəl bir şey” adlandırıb: “88 milyard. Gözəl deyilmi?”.
Tramp çıxışı zamanı Respublikaçıların vergi və xərclərə qənaət qanun layihəsini də təşviq edib və “One Big Beautiful Bill”in ABŞ tarixində ən vacib qanunlardan biri olduğunu bildirib. Onun sözlərinə görə, bu qanun “sərhədlərimizi qoruyacaq, iqtisadiyyatımızı sürətləndirəcək və Amerika arzularını geri qaytaracaq”.
Sazişin detalları barədə isə əlavə məlumat verilməyib.
Oxşar xəbərlər
Tramp: ABŞ Çin ilə ticarət sazişi imzalayıb
Tramp: Pekinlə ticarət razılaşması Çini ABŞ biznesinə açacaq
Tramp Çinlə yeni ticarət sazişinin bağlanmasını mümkün hesab edir
Tramp Çinlə müqavilə şərtini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Oyun zamanı meydançada öldü
-
Prezident İlham Əliyevin doğum günüdür












