Myanmada yeni ittifaq hökuməti formalaşdırılıb
sizinxeber.az xəbər saytı

Myanmada yeni ittifaq hökuməti formalaşdırılıb


Myanmanın Milli Müdafiə və Təhlükəsizlik Şurası bu gün yeni ittifaq hökuməti və Milli Təhlükəsizlik və Sülh Komissiyası formalaşdırıb.

“Report” xəbər verir ki, bu barədə MRTV dövlət telekanalı məlumat yayıb.

İttifaq hökumətinə baş nazir qismində Nyo So, komissiyaya isə baş general Min Aun Hlayn rəhbərlik edəcək.

Bundan başqa, Şura hakimiyyət səlahiyyətlərinin silahlı qüvvələrin baş komandanına verilməsi haqqında əmrin ləğvi ilə bağlı qərar qəbul edib.

Myanmanın Dövlət İnzibati Şurasının rəsmi nümayəndəsi Zo Min Tun bildirib ki, Milli Müdafiə və Təhlükəsizlik Şurası ümumi seçkilərin keçirilməsi üçün fövqəladə vəziyyəti ləğv etmək qərarına gəlib. Fövqəladə vəziyyət rejimi 2021-ci ildən qüvvədə idi.

Oxşar xəbərlər

Myanmada fövqəladə vəziyyət rejimi altı ay uzadılıb
Gürcüstan parlamenti Təhlükəsizlik Şurasının ləğvi haqqında qanunu qəbul edib
Myanmada fövqəladə vəziyyət ləğv edilib
Avropa İttifaqı Suriyaya qarşı sanksiyaları ləğv etmək niyyətindədirlər
Avropa İttifaqı meymunçiçəyi ilə bağlı təcili tədbirlər görməyə tələsmir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər