İran XİN ABŞ sanksiyaları barədə: Məqsəd inkişafımızı pozmaq, daxili nifaq yaratmaqdır
İran ABŞ-nin İrana qarşı son yeddi ildə tətbiq etdiyi ən böyük sanksiya paketini pisləyir.
“Sizinxeber.az” İran mediasına istinadən xəbər verir ki, bu açıqlamanı İran XİN-in rəsmi nümayəndəsi İsmayıl Bəqai verib.
"ABŞ sanksiyalarının əsl məqsədi İranın inkişafını pozmaq, daxili nifaq yaratmaq və sadə vətəndaşların hüquqlarını və yaşam vasitələrini zəiflətməkdir", - rəsmi nümayəndə bildirib.
Onun sözlərinə görə, bu cür addımlar artıq onilliklər boyunca təkrarlanır və beynəlxalq hüququn, o cümlədən insan hüquqlarının pozulması ilə müşayiət olunur. İ.Bəqai Vaşinqtonu İranla mübarizədə İsraili dəstəkləməkdə ittiham edib və vurğulayıb ki, İran xalqı öz hüquq və maraqlarını qətiyyətlə müdafiə etmək əzmindədir.
Xatırladaq ki, ABŞ hökuməti ötən gün İrandan olan 50 fiziki və hüquqi şəxsə, o cümlədən bu ölkənin nəzarətində olan və Vaşinqtonun fikrincə, neft ticarətində iştirak edən 50-dən çox gəmiyə qarşı sanksiyalar tətbiq edib.
Oxşar xəbərlər
İran ABŞ-nin son sanksiyalarını tənqid edib
ABŞ İran müəssisələrinə və fiziki şəxslərinə qarşı 500 sanksiya tətbiq edib
Bəqai: BMT sanksiyaları bərpa olunarsa, İran reaksiya verəcək
İran ABŞ ilə danışıqların bərpası üçün şərtini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şəmkirdə “Ford” yük avtomobilinə çırpılıb, bir nəfər ölüb
-
Tramp ABŞ millisinə DÇ-2026 öncəsi uğurlar arzulayıb
-
Konqo Demokratik Respublikasında Ebola qurbanlarının sayı 139 nəfərə çatıb
-
Əraqçi: Danışıqlar iki mərhələdə nəzərdə tutulub
-
DÇ-2026: ABŞ - Paraqvay oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
Əraqçi: İran yüksək zənginləşdirilmiş uranı "zəiflətməyə" hazırdır
