Türkiyə Rusiya-Ukrayna münaqişəsinin həllində məsuliyyəti öz üzərinə götürməyə hazırdır
sizinxeber.az xəbər saytı

Türkiyə Rusiya-Ukrayna münaqişəsinin həllində məsuliyyəti öz üzərinə götürməyə hazırdır


Türkiyə Rusiya-Ukrayna münaqişəsinin həllinə istənilən töhfəni verməyə hazırdır.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasın yekunlarına dair Türkiyə Milli Təhlükəsizlik Şurasının bəyanatında deyilir.

"İclasda Türkiyənin Rusiya və Ukrayna arasında daimi sülhün qurulması üçün məsuliyyəti öz üzərinə götürməyə və bu prosesə istənilən töhfəni verməyə hazır olduğu təsdiqlənib", - sənəddə qeyd olunur.

Xatırladaq ki, iyulun 23-də İstanbulda Ukrayna münaqişəsinin həlli üzrə birbaşa Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu keçirilib. Tam tərkibdə görüşdən əvvəl nümayəndə heyətlərinin rəhbərləri Vladimir Medinski və Rüstəm Umerov təkbətək söhbət aparıblar. Tam tərkibdə danışıqlar təxminən 40 dəqiqə davam edib, tərəflər memorandum layihələrində təqdim olunan mövqeləri müzakirə ediblər. Görüşün yekunlarına əsasən, tərəflər təkcə hərbi deyil, həm də mülki şəxslərin mübadiləsi barədə razılığa gəliblər. Rusiya Ukraynaya siyasi, hərbi və humanitar məsələlərin həlli üçün onlayn üç işçi qrupu yaratmağı təklif edib. "Dördüncü raund danışıqlar barədə qərar yeni razılaşmaların yerinə yetirilməsindən sonra qəbul ediləcək", - Medinski bildirib.

Oxşar xəbərlər

Türkiyə Rusiya və Ukrayna arasında konstruktiv dialoq gözləyir
Ərdoğan: Türkiyə Rusiya-Ukrayna danışıqlarının davam etdirilməsi üçün səy göstərəcək
Türkiyə Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə yardım etməyə hazır olduğunu bəyan edib
Putin Rusiya-Ukrayna münaqişəsinin diplomatik yolla həllinə hazır olduğunu təsdiqləyib
Fidan: Türkiyə Rusiya-Ukrayna münaqişəsinin həllində vasitəçiliyini davam etdirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər