Ərdoğan: Türkiyə Rusiya-Ukrayna danışıqlarının davam etdirilməsi üçün səy göstərəcək
Türkiyə Rusiya və Ukrayna arasında danışıqların davam etdirilməsi üçün səy göstərəcək.
“Sizinxeber.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Albaniyadan qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.
"Biz tərəflər arasında danışıqların davam etdirilməsi və dialoq kanallarının açıq saxlanılması üçün səylərimizi əsirgəməyəcəyik", - o qeyd edib.
Xatırladaq ki, dünən Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbuldakı danışıqlarının nəticələrinə əsasən, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bir sıra məsələlərin müzakirə olunduğunu, xüsusilə Ukrayna tərəfinin iki ölkənin prezidentləri Volodimir Zelenski və Vladimir Putin arasında birbaşa danışıqların aparılmasını istədiyini bildirib.
Oxşar xəbərlər
Ukrayna Zelenski və Putin arasında birbaşa danışıqlar təklifi ilə çıxış edib
Ərdoğan Zelenski ilə telefon danışığında Rusiya-Ukrayna danışıqlarının bərpasını yüksək qiymətləndirib
Ərdoğan və Zelenski Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlardan əvvəl görüşəcəklər - YENİLƏNİB
Ukrayna Prezidenti: Rusiya İstanbulda planlaşdırılan danışıqlara ciddi yanaşmayıb
Ərdoğan Putinə Ankaranın Rusiya-Ukrayna ilə bağlı danışıqları qəbul etməyə hazır olduğunu bildirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













