ÜST rəhbəri Kamboca ilə Tailand arasında atəşkəs razılaşmasını alqışlayıb
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus Kamboca ilə Tailand arasında atəşkəs razılaşmasını alqışlayıb.
"Sizinxeber.az" xəbər verir ki, o bu barədə "X"də paylaşım edib.
"Biz Kamboca və Tailand arasında atəşkəs razılaşmasını alqışlayırıq. Çünki son zamanlar zorakılığın artması hər iki tərəfdən mülki əhali üçün ağır nəticələrə səbəb olub. Ölən və yaralananların olduğu, onminlərlə insanın evlərindən didərgin düşdüyü bildirilir. Hər iki ölkədəki tibb müəssisələrinin bağlanması səhiyyə xidmətlərinə çıxışa da təsir edir. Biz hər iki hökuməti səhiyyə müəssisələrinin, işçilərin mühafizəsini və əsas səhiyyə xidmətlərinə çıxışı həmişə təmin etməyə çağırırıq. Ən yaxşı dərman sülhdür", - o bildirib.
Qeyd edək ki, Tailand və Kamboca arasında sərhəd münaqişəsinin eskalasiyası iyulun 24-də səhər saatlarında silahlı fazaya keçib. Sərhəd zonasında atışmalardan sonra tərəflər bir-birini artilleriya atəşinə tutub. İyulun 27-dən isə atəşkəs müzakirələri başlayıb. Tərəflər bu gün Malayziyada atəşkəs barədə razılığa gəliblər.
Oxşar xəbərlər
Vaşinqton Tailand və Kamboca arasında atəşkəs razılaşmasını alqışlayır
Malayziyada Tailand və Kamboca arasında atəşkəs danışıqları başlayıb
Tailand Kamboca ilə atəşkəs razılaşmasını təsdiqləyib
Tailand və Kamboca arasında atəşkəs elan olunub
Kamboca və Tailand liderləri atəşkəs üçün görüşməyə hazırlıqlarını təsdiqləyiblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













