Tailand Kamboca ilə atəşkəs razılaşmasını təsdiqləyib
Tailand Kamboca ilə atəşkəs bağlamağa razıdır, lakin qarşı tərəfin “səmimi niyyətini” görmək istəyir.
"Report"un xəbərinə görə, bunu Tailandın baş naziri səlahiyyətlərini icra edən, baş nazirin müavini və daxili işlər naziri Phumtham Veçayçay deyib.
Şənbə günü səhər ABŞ prezidenti Donald Tramp deyib ki, Tailand və Kamboca liderləri onunla danışıqlarda atəşi dayandırmaq istəklərini ifadə ediblər. Onun sözlərinə görə, Pnompen və Banqkok artıq "dərhal görüşmək" və atəşkəs üzərində işə başlamaq barədə razılığa gəliblər. Tramp onu da açıqlayıb ki, bu şərt yerinə yetirildikdən sonra tərəflərə ABŞ ilə ticarət sazişlərinin müzakirəsinə qayıtmaq imkanı veriləcək.
"Prezident Trampla söhbətim olub, o, Tailand və Kambocanın dərhal atəşkəs əldə etməsini tələb edib. Mən prezident Trampa narahatlığına görə təşəkkür etdim və qeyd etdim ki, ümumilikdə Tailand atəşkəsə razıdır. Bununla belə, Tailand Kamboca tərəfindən səmimi niyyət görmək istərdi", - o deyib.
O, Amerika prezidentindən Banqkokun atəşkəs və “son nəticədə münaqişənin sülh yolu ilə həllini” müzakirə etmək üçün mümkün qədər tez ikitərəfli dialoq keçirmək istədiyini çatdırmağı xahiş edib.
Oxşar xəbərlər
Tailand və Kamboca liderləri atəşkəsə razı olublar
Tailand və Kamboca atəşkəsə razılaşıb
Tailand Kamboca ilə münaqişənin həllində Malayziyanın vasitəçiliyinə razıdır
ABŞ Kamboca və Tailand arasındakı münaqişənin sülh yolu ilə həllinə çağırıb
Tailand Kamboca ilə sərhəddə mübahisəli zirvəni nəzarətə götürüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













