ABŞ Qəzzada ərzaq mərkəzlərinin yaradılmasını maliyyələşdirməyi planlaşdırır
sizinxeber.az xəbər saytı

ABŞ Qəzzada ərzaq mərkəzlərinin yaradılmasını maliyyələşdirməyi planlaşdırır


ABŞ Qəzzada "sərhədsiz" ərzaq mərkəzlərinin yaradılmasını maliyyələşdirmək niyyətindədir.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp Şotlandiyada Böyük Britaniyanın Baş naziri Kir Starmerlə birgə mətbuat konfransında bildirib.

"Biz ərzaq mərkəzləri yaradacağıq, bunu çox yaxşı insanlarla birlikdə edəcəyik və vəsait ayıracağıq", - o qeyd edib.

Trampın sözlərinə görə, digər ölkələr, o cümlədən Böyük Britaniya bu təşəbbüsə qoşulacaq.

Ağ Ev rəhbəri vurğulayıb ki, ərzaq mərkəzləri hamı üçün əlçatan olacaq.

"Məqsəd ondan ibarətdir ki, insanlar bu mərkəzlərə sərhədsiz daxil ola bilsinlər. Bizim hasarımız olmayacaq", - o deyib.

Oxşar xəbərlər

Şotlandiya sakinləri Trampın səfərinə etiraz edib
Britaniyanın maliyyə naziri: ABŞ-la ticarət sazişini imzalamağa tələsmirik
ABŞ Qəzza sakinlərinə ərzaq yardımı etmək niyyətindədir
Səfir: Beynəlxalq ictimaiyyət ərzaq sisteminin təhlükəsiz istifadəsini təmin etməlidir
Britaniya Avropa İttifaqı ilə ərzaq standartlarına dair saziş imzalamağa yaxındır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər