Britaniyanın maliyyə naziri: ABŞ-la ticarət sazişini imzalamağa tələsmirik
Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz bildirib ki, Britaniya hökuməti ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə ticarət sazişi bağlamağa tələsmir.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, məqsəd Britaniyanın milli maraqlarına uyğun və düzgün bir razılaşma əldə etməkdir və bu istiqamətdə danışıqlar davam etdirilir. Nazir bildirib ki, danışıqlarda ərzaq standartları ilə bağlı heç bir güzəşt gündəmdə deyil. O, həmçinin əlavə edib ki, ABŞ tərəfi də bu sazişi imzalamaqda maraqlıdır və iki ölkə arasında müzakirələr davam edir.
Nazir bu həftə Vaşinqtonda keçirilən Beynəlxalq Valyuta Fondu və Dünya Bankının yaz toplantıları çərçivəsində ABŞ-ın idxal rüsumlarının azaldılması istiqamətində irəliləyişə nail olmağa ümid etdiyini bildirib.
“The Wall Street Journal” nəşrinin məlumatına görə, ABŞ Böyük Britaniyadan müxtəlif mallar xüsusilə də Amerika kənd təsərrüfatı məhsulları, o cümlədən mal əti üzrə tətbiq olunan rüsumlar və qeyri-tarif baryerlərin azaldılmasını istəyir. Lakin R. Rivz bu məsələdə Britaniyanın mövqeyinin dəyişməz olduğunu bildirib: “Biz ərzaq təhlükəsizliyi və standartlarımızı yumşaltmayacağıq. Bu mövqeyimizi ABŞ tərəfinə aydın şəkildə izah etmişik və onlar da bunu anlayır və hörmətlə yanaşırlar. Bu məsələ hazırda danışıqların gündəmində deyil”.
Nazir onu da qeyd edib ki, Britaniya yalnız ABŞ-la deyil, həm də Avropa İttifaqı ilə post-Breksit dövründə ticarət maneələrinin azaldılması istiqamətində addımlar atmaq niyyətindədir. Lakin London Vaşinqtonun ərzaq standartlarına dair tələblərini qəbul etsə, bu proses çətinləşə bilər.
Oxşar xəbərlər
Ukrayna Britaniyadan təxminən 1 milyard dollar alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniya Çinlə ticarət əməkdaşlığından imtina etmək niyyətində deyil [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniya Avropa İttifaqı ilə ərzaq standartlarına dair saziş imzalamağa yaxındır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniya və Almaniya ikitərəfli müdafiə sazişi üzrə danışıqlar aparır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Britaniyanın Baş naziri ilə görüşü təxirə sala bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












