Fransanın cənubunda meşə yanğını 680 hektardan çox ərazini bürüyüb
Fransanın cənubundakı Od departamentində 680 hektardan çox ərazini əhatə edən böyük meşə yanğını davam edir.
“Report”un xəbərinə görə, bu barədə LCI telekanalı məlumat yayıb.
Şənbə günü axşam Port-La-Nuvel kommunası ərazisindəki iki düşərgənin və bir neçə yaşayış binasının sakinləri ehtiyat tədbiri olaraq təxliyə edilib, ümumilikdə 1000 nəfər təhlükəi ərazidən çıxarılıb.
Həmçinin yanğının söndürülməsi zamanı kommuna tamamilə işıqsız qalıb. Bundan əlavə, Sijan kommunasında iki ev yanğın nəticəsində ciddi ziyan görüb, biri isə demək olar ki, tamamilə dağılıb.
Bazar günü səhər insanların evlərinə qayıtmasına icazə verilib, lakin bu ərazidə yanğınla mübarizə davam edir.
Hadisə yerində 630 yanğınsöndürən, həmçinin iki yanğınsöndürən təyyarə və iki helikopter işləyir, lakin onların işinə güclü külək mane olur. Alovla mübarizə zamanı dörd yanğınsöndürən tüstüdən zəhərlənib, onlardan ikisi xəstəxanaya yerləşdirilib. Səlahiyyətlilərin məlumatına görə, hazırda yanğın lokallaşdırılıb.
Oxşar xəbərlər
Fransanın cənubunda meşə yanğını tüğyan edir
Fransada meşə yanğınları zamanı 10-dan çox insan xəsarət alıb
Yaponiyada 1992-ci ildən indiyədək ən böyük meşə yanğını altı gündür davam edir
İzmirdə meşə yanğını yaşayış evlərinə çatıb, sakinlər təxliyə olunur
İstanbul ətrafında meşə yanğınlarını 700 canlı qüvvə və 7 təyyarə söndürür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












