İzmirdə meşə yanğını yaşayış evlərinə çatıb, sakinlər təxliyə olunur
sizinxeber.az xəbər saytı

İzmirdə meşə yanğını yaşayış evlərinə çatıb, sakinlər təxliyə olunur


Türkiyənin İzmir vilayətində meşə yanğınları güclü küləyin təsiri ilə yaşayış evlərinə keçib.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, 16 ev yanıb, 87 ev boşaldılıb, 44 iş yerində təxliyə aparılıb.

İnsan itkisi qeydə alınmasa da, yaşayış evlərinə ciddi ziyan dəyib.

Hazırda vilayətdə 5 təyyarə, 15 helikopter və çoxlu sayda texnika yanğınla mübarizə aparır. Yanğının baş verdiyi əraziyə gedən yollarda nəqliyyatın hərəkəti dayandırılıb.

Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı hadisə yerindədir.

Oxşar xəbərlər

İzmirdə meşə yanğını nəticəsində 30 ev yanıb - YENİLƏNİB
Türkiyə Yunanıstana meşə yanğınları ilə mübarizə üçün yardım təklif edib
Antalyada meşə yanır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər