sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Fransanın cənubunda meşə yanğını tüğyan edir
Fransanın cənubunda yerləşən Ardeş departamentində meşə yanğını başlayıb, artıq 10 hektar ərazi yanıb.
“Sizinxeber.az”un məlumatına görə, bu barədə BFMTV telekanalı departamentin prefekturasına istinadən xəbər verir.
"İyulun 17-də Ardeş departamentində Lubares və Valqorj şəhərləri arasındakı dağlıq ərazidə yanğın başlayıb", - qurumdan bildirilib.
Qeyd olunub ki, ərazinin kəskin relyefi alovun sürətlə yayılmasına şərait yaradır. Mütəxəssislərin qiymətləndirməsinə görə, yanğının sahəsi 60 hektara çata bilər.
Hadisə yerində 80 yanğınsöndürən işləyir. Hakimiyyət orqanları yanğının söndürülməsi üçün 40 texnika, üç təyyarə və bir helikopter göndərib.
Oxşar xəbərlər
Yaponiyada 1992-ci ildən indiyədək ən böyük meşə yanğını altı gündür davam edir
Rusiyada meşə yanğınları güclənib
ABŞ-nin Nyu Cersi ştatında meşə yanğınları tüğyan edir
Fransada meşə yanğınları zamanı 10-dan çox insan xəsarət alıb
İzmirdə meşə yanır, əraziyə təyyarə və helikopterlər cəlb olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












