Fransa məhkəməsi Bəşər Əsədin həbsinə verilmiş orderi ləğv edib
Fransa Kassasiya Məhkəməsi Suriyanın sabiq prezidenti Bəşər Əsədin həbsinə verilmiş orderi ləğv edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “France Presse” agentliyi Fransa məhkəməsinin sədri Kristof Suların bəyanatına istinadən bildirib.
"Məhkəmə qərarına görə, heç bir istisna dövlət başçısının şəxsi immunitetini ləğv edə bilməz", - o qeyd edib.
Bununla belə, sədr əlavə edib ki, B.Əsəd artıq prezident olmadığı üçün "ona qarşı yeni həbs orderləri verilib və ya verilə bilər", buna görə də onun barəsində məhkəmə istintaqının davam etdirilməsi mümkündür.
Fransa 2013-cü ildə kimyəvi hücumda iştirakda ittiham olunan B.Əsədin həbsi üçün ilk beynəlxalq orderi 2023-cü ilin noyabrında verib.
Oxşar xəbərlər
Fransa məhkəməsi Bəşər Əsədin həbsi barədə qərarı ləğv edib
Fransa Suriyanın keçmiş prezidenti Əsədin həbsinə yeni order verib
Boliviya məhkəməsi eks-prezident Moralesin həbsinə dair orderi ləğv edib
Fransa Bəşər Əsədin həbsinə dair yeni order verib
İsveçrə Əsədin əmisinə qarşı cinayət işini dayandıra bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
"Viator Mikrokredit Azərbaycan" BOKT-un xalis mənfəəti 2 dəfə azalıb
-
"Mançester Yunayted" Brunu Fernandeşlə yeni müqavilə üçün danışıqlara başlayıb
-
"Sumqayıt" baş məşqçisi Saşa İliçlə vidalaşıb
-
FHN sel təhlükəsi ilə bağlı tədbirlər keçirib
