İsveçrə Əsədin əmisinə qarşı cinayət işini dayandıra bilər
İsveçrə Cinayət Məhkəməsi (TPF) noyabrın 29-da Suriyanın keçmiş prezidenti Bəşər Əsədin əmisi, 87 yaşlı Rifat Əsədə qarşı məhkəmə prosesinin dayandırılacağını bildirib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Matin Dimanche” nəşri məlumat verib.
Məhkəmə noyabrın sonunda tərəfləri məlumatlandırıb ki, Rıfat Əsəd səyahətə və məhkəmədə iştirak etməyə mane olan xəstəliklərdən əziyyət çəkir.
Nəşr iddia edib ki, məhkəmə həmçinin şikayətlərin verilməsi üçün son tarix də qoyub. Rifat hazırda Bəşər Əsəd hakimiyyətdən getdikdən sonra Livandadır.
İsveçrə prokurorları 2024-cü ilin martında Rifatın işini 1982-ci ildə Suriyanın Həma şəhərində törətdiyi hərbi, eləcə də insanlığa qarşı cinayətlər ittihamı ilə İsveçrə Cinayət Məhkəməsinə verib.
Oxşar xəbərlər
KİV: Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvadadır
Suriyanın Madriddəki səfirliyinin eyvanında rəsmi bayraq dəyişdirilib
KİV: Əsəd devrilməmişdən əvvəl ABŞ ilə razılaşmadan imtina edib
Məhkəmə Əziz Orucovla bağlı qərar qəbul edib
Bəşər Əsəd Suriyada terrora qalib gələcəyinə söz verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













