Kanada Fələstin dövlətinin BMT-də tanınmasına nail olmaq niyyətindədir
sizinxeber.az xəbər saytı

Kanada Fələstin dövlətinin BMT-də tanınmasına nail olmaq niyyətindədir


Ottava Fələstin dövlətinin BMT-də tanınmasına nail olmaq niyyətindədir.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Kanada hökumətinin başçısı Mark Karni məlumat verib.

“Kanada İsrail və Fələstin xalqları üçün sülh və təhlükəsizliyə zəmanət verən iki dövlət prinsipini dəstəkləyir”, - Karni “X”də yazıb.

O, qeyd edib ki, Ottava bu məqsədə nail olmaq üçün bütün təşkilatlarda, o cümlədən BMT-nin bu məsələyə həsr olunmuş konfransında xarici işlər nazirlərinin görüşündə fəal çalışacaq.

Baş nazir əlavə edib ki, Kanada İsrail hökumətinin Qəzza zolağında humanitar vəziyyətin sürətlə pisləşməsinin qarşısını ala bilməməsini pisləyir.

Oxşar xəbərlər

Kanada Fələstin dövlətinin BMT-də tanınmasını tələb edir
Kanada Avropanın yenidən silahlanmasında iştirak etmək niyyətindədir
Mark Karni: Kanada satılmır, heç vaxt satılmayacaq
Ottava və Pekin qarşılıqlı rüsumların ləğvini müzakirə edirlər
Baş nazir Karni: ABŞ lider olmaq istəmirsə, Kanada bu rolu öz üzərinə götürməyə hazırdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər