Ottava və Pekin qarşılıqlı rüsumların ləğvini müzakirə edirlər
sizinxeber.az xəbər saytı

Ottava və Pekin qarşılıqlı rüsumların ləğvini müzakirə edirlər


Kanada iqtidarı Çinlə Ottava və Pekinin bir-birinə qarşı son vaxtlar tətbiq etdiyi rüsumların ləğvi barədə danışıqlar aparır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kanada Baş naziri Mark Karni Saskaçevan əyalətinə səfəri zamanı jurnalistlərə bildirib.

“Kanada hökuməti bu məsələ ilə bağlı çinli həmkarları ilə, o cümlədən nazir səviyyəsində əməkdaşlıq edir. Bu müzakirələr davam edir, onlar bizim üçün əsas prioritetdir”, – Karni Ottavanın Çin elektromobillərinə Kanada rüsumlarının ləğvi müqabilində Kanada kənd təsərrüfatı məhsullarına və dəniz məhsullarına Çin rüsumlarının ləğvi üzərində işləyib-işləmədiyi sualına cavab verib.

Kanada iqtidarı 1 oktyabr 2024-cü il tarixindən Çindən gələn bütün elektromobillərə, o cümlədən yük nəqliyyatı və avtobuslara 100 % həcmində rüsumlar tətbiq edib. Oktyabrın 22-dən Ottavanın ÇXR-dən polad və alüminium məhsullarının idxalına 25 % həcmində vergi tətbiq etməsi barədə qərarı qüvvəyə minib.

ÇXR XİN-in rəsmi nümayəndəsi Lin Szyan buna cavab olaraq bildirib ki, Ottavanın bu addımı iki dövlət arasında ticarət-iqtisadi münasibətləri poza bilər. O, kanadalıların hərəkətlərini tipik proteksionist yanaşma adlandırıb. Çin cavab olaraq Kanadadan gələn noxud və raps yağına 100 % həcmində, donuz əti və dəniz məhsullarına isə 25 % həcmində rüsumlar tətbiq etməyə başlayıb.

Oxşar xəbərlər

KİV: Tramp Trüdo ilə telefon danışığı aparıb
Kanada mayın əvvəlində ABŞ ilə rüsumlar üzrə danışıqlara başlayacaq
ABŞ bu gün Kanada və Meksika mallarına rüsumların azaldılmasını elan edə bilər
Kanada Avropanın yenidən silahlanmasında iştirak etmək niyyətindədir
Kanada Çin istehsalı olan “Tesla”nın idxalına 100% rüsum tətbiq edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər